|
Oğlunu becərdiyi tərəvəzlərlə qidalandırır - foto

Türkiyəli aktrisa Pelin Karahan tərəvəz yetişdirir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa hətta azyaşlı oğlunu özünün becərdiyi tərəvəzlərlə qidalandırdığını bildirib. Pelin həyat yoldaşı Bedri Güntayla Etilərdə kabacıdan çıxanda, onları izləyən jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. Oğlunu dayəyə etibar edən cütlük, baş-başa yemək yeməyə gəldiyini açıqlayıb. 

“Yeter” serialında  rol alan Pelin Karahan, qalan zamanını ailəsinə və bağçası üçün ayırdığını diqqətə çatdırıb. 




Cia.az