|
Britni Spirsdən keçmiş həyat yoldaşına jest - foto

Dünyaca məşhur Britni Spirs həyat yoldaşı Kevin Federlayınla övladı üçün bir araya gəlib.
Cütlük ötən gün övladlarının Los-Ancelisdə keçirilən futbol oyununu izləməyə birlikdə gedib. Əhval-ruhiyyəli görünən Britni və Kevin zarafatları və səmimi söhbətləri ilə diqqət çəkib. Halbuki, boşanma ərəfəsində, aralarında yaranan mübahisələrə görə, onların adları tez-tez mətbuatda hallanırdı. 
Cütlüyün bunu övladları üçün etdiyi bəlli olub. Britni keçmiş həyat yoldaşının qulağına pıçıldayarkən belə, səmimiyyəti diqqətdən qaçmayıb. 
Qeyd edək ki, 2004-cü ilin oktyabrında evlənən cütlük 3 ildən sonra ayrılıb. Cütlüyün boşanma mərhələsi çətin olduğu üçün, Britni hətta psixoloji problemlər yaşayaraq, müalicə alırdı. 

Kevin və Britninin Şon və Ceyden adlı iki oğlu var.





Cia.az