|
Torres “Atletiko” ilə iki illik müqavilə imzaladı
Madridin “Atletiko”sunun  hücumçusu Fernando Torres İspaniya klubu ilə iki illik müqavilə imzalayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, 32 yaşlı futbolçu “Atletiko”da icarə əsasında oynayırdı. Onun “Milan”la olan müqaviləsi yayda başa çatır.
İspaniyanın başa çatan çempionatında Fernando Torres 30 oyunda iştirak edib və 11 qol vurub. “Atletiko” Çempionlar Liqasının finalında Madridin digər klubu “Real” ilə qarşılaşacaq.  
Cia.az