Ukraynanın Vinnitski vilayətinin Trostyanetski rayonu dövlət administrasiyasının rəhbəri Leonid Lobanyanın üzərinə yaşıl boya tökdükdən sonra zibil qutusuna atıblar. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, vəzifəli şəxsə qarşı xuliqanlıq hərəkətinə görə cinayət işi açılıb.
“Bu gün səhər naməlum şəxslər zərərçəkənin üstünə yaşıl boya tökərək zibil qutusuna atıblar”, - polisin məlumatında bildirilir.
Bu cür cinayət hərəkəti törədən şəxsin azadlığı 5 il məhdudlaşdırıla bilər, yaxud 4 il azadlıqdan məhrum olunar.
Cia.az
