|
Gənc qadının qütb sevgisi - Fotolar
Brays Portalano şəhər həyatından uzaqlaşıb ucqar ərazilərdə yaşayan insanlarin həyat hekayəsini çəkən bir fotoqrafdır.
Portalano “Qütb sevgisi” adını verdiyi layihəsinin bir hissəsində Finlandiyanın şimalında xizək iti ferması quran Tinja adlı bir qadının həyatından bəhs edir. Tinja Finlandiyada ən yaxın kəndə 290 km məsafədə yaşayır. Tam 85 xizək itinə baxır və ölkənin quş uçmaz, karvan keçməz coğrafiyasından zövq alır.
Elektrik, axar su olmadığı üçün Tinja yeməklərini odun sobasında bişirir və donmuş çayın buzunu əridərək özü üçün su təmin edir.
 
İtləriylə təbiətin qoynunda yaşamaqdan xoşbəxt olan Tinja bildirib ki, təbiət onun bütün ehtiyaclarını ödəyir, və maddi heç nədə gözü yoxdur.
Cia.az