|
52 yaşlı ana 6 yaşındakı qızını əmizdirir
52 yaşlı aktivist Maha Al Musa üçüncü uşağını 46 yaşında ikən dünyaya gətirib.
Qızı 6 yaşına gəlsə də, hələ də onu əmizdirir. Əmizdirməkdən şikayətçi olmadığını və ancaq qızı istədiyi zaman onu ana südündən kəsəcəyini deyən qadın bunu qürur hekayəsi olaraq danışır.
“Hətta qızım 10 yaşında da ana südü istəsə, onu əmizdirəcəm” deyən yaşlı ana səhər və axşam qızına süd verir: “Mən bu seçimimə görə peşman deyiləm. Kimin imkanı varsa, bunu etməlidir. Uşağa ən faydalı şey ana südüdür”.
Cia.az