Hazırda müasir, işgüzar insanlar arasında yuxusuzluq xəstəliyi geniş yayılıb.
Yuxu ilə az qala mübarizə aparan insanların əksinə olaraq çox yatanların dərdləri daha çoxdur. Belə ki, çox yatmağı sevənlər tez-tez diabetə və depressiyaya tutulurlar, həmçinin ürək-damar sistemlərində problemlər müşahidə olunur. Az yatmaq da ölümü tezləşdirən xəstəliklərə gətirib çıxarır.
Uorika universitetinin professoru Franko Kappuççionun nəticəsinə görə, optimal yatmaq müddəti 7-8 saat olmalıdır. Həmçinin Massaçusets Universitetinin professoru Dr. Ceykobsun araşdırmasında da ən uyğun yatmaq müddəti 7 saat kimi göstərilir.
Cia.az
