ABŞ-ın Nyu-Cersi ştatında bir qadın 21 saat içində 3 bank soyğunu həyata keçirib.
Musavat.com-un məlumatına görə, bu barədə NTV telekanalında məlumat yer alıb. Polis cinayəti törədən şəxsi tapmayıb. Lakin onun təhlükəsizlik kameralarına düşən görüntüsü polis tərəfindən internetdə paylaşılıb.
Görüntülərdə soyğunların yaşlı bir qadın tərəfindən reallaşdırıldığı görünür. Azı 60 yaşında olduğu təxmin edilən qadın banklara girib əlində soyğun edəcəyini bildirən kağızı vəzifəlilərə uzadır. Pulları yanında gətirdiyi yaşıl əl çantasına qoyan qadın hadisə yerindən uzaqlaşır.
Kamera görüntülərindən qadının silahsız olduğu aydın olub. Qadının ümumilikdə nə qədər pul oğurladığı açıqlanmayıb.
Cia.az
