|
Hacıbala Abutalıbov mitinqə icazə vermədi

Azərbacan islam Partiyasının dekabrın 21-də mitinq keçirmək müraciətinə cavab verilib.

Partiya sədrinin müavini Akif Heydərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı Şəhər İcra hakimiyyəti mitinqin keçirilməsinə razılıq verməyib:

“Biz mitinq üçün Təşkilat Komitəsinin adından müraciət etmişdik. Amma imza yerində ad soyadımızın önündə partiyada tutduğumuz vəzifəni qeyd etmişdik. Buna görə də Azərbaycanda İslam partiyası adlı qurumun qeydiyyatdan keçmədiyini əsas gətirib mitinqə icazə verməyiblər. Hətta məktubunda sonunda “mitinq keçirmək qadağan olunur” yazılıb. Bakı Şəhər İcra hakimiyyəti mitinq keçirilməsini necə qadağan edə bilər axı?!”

A.Heydərli qeyd edib ki, partiyanın İdarə Heyətində bu məsələni müzakirə edib, növbəti atılacaq addımları müəyyənləşdirəcəklər.