|
Bu aktrisa Kıvançla tərəf müqabili ola bilmədi

Uzun zamandır ekranlardan uzaq olan aktrisa Cansu Derenin yeni film üçün tələb etdiyi məbləğ yaradıcı heyəti təəccübləndirib. 
Aktrisa "Vatan Haini" filmində tərəf müqabili olma şansını itirdikdən sonra, aktyor Kıvanç Tatlıtuğun sentyabrda ekranlarda olacaq yeni filminə çəkilmək üçün təklif alıb. Hər bölümə 90 min lirə istəyən Cansu filmin ölkə daxilində nümayişinə görə də qonorar istəyib. Yaradıcı heyət aktrisanın bu tələbi qarşısında onunla çalışmaqdan imtina edib. 
Aktyor Kıvanç Tatlıtuğun isə hər bölümə görə 100 min lirə qazanacağı bəlli olub.

Cia.az