Müğənni Keremcem bir müddətdir birlikdə olduğu Ezgi Asaroğlu ilə yeni fotosunu paylaşıb.
"O Hayat Benim" serialında yaşadıqları sevgini həqiqətə çevirən Keremcem ilə Ezgi Asaroğlu bunu sosial şəbəkədən də bəlli ediblər. Müğənni havaya qaldırdığı əliylə ondan kənarda duran sevgilisinin üzünə toxunurmuş kimi təəssürat yaradıb.
Keremcemin bu romantik paylaşması izləyiciləri tərəfindən rekord sayda bəyənilib.
Cia.az
