Fransa milli komandasının futbolçusu Matyu Debuşi 2016-cı il Avropa çempionatında iştirak etməyəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə "L Equipe" nəşrinə müdafiəçinin çıxış etdiyi "Bordo" klubunun baş məşqçisi Ulrik Rame açıqlama verib.
Rame Debuşinin hazırkı zədəsinin xarakterinə əsasən, belə qənaətə gəldiyini bildirib. 31 yaşlı oyunçu müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsusdur. Təcrübəli futbolçu bu mövsüm "Bordo"nun heyətində 9 oyuna çıxıb.
Cia.az
