|
Ronaldinyo Türkiyə Super Liqasında
Braziliya millisinin sabiq üzvü Ronaldinyo karyerasını Türkiyədə davam etdirə bilər. ANS PRESS-in məlumatına görə, futbolçu ilə "Antalyaspor" klubu maraqlanır.
Bu barədə klub prezidenti Gültekin Gencer açıqlama verib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı qarşı tərəflə danışıqlara başlanılıb: "Ronaldinyo transferində ciddi irəliləyiş var. Demək olar ki, məsələ bitmək üzrədi. İdarə heyəti ilə razılıq əldə etmişik. Futbolçu ilə 1+1 sistemi ilə sözləşmə imzalamaq istəyirik. Hazırda isə Ronaldinyo ilə müqavilənin detallarını müzakirə edirik. Onu 1 ay müddətinə Antalyaya gətirəcəyik".
Cia.az