|
Qadın polis şelfi çəkdirdi, işdən qovuldu
Çinin Dandun şəhərində bir xanım polis şelfi çəkdirib. 
Xidməti geyimdə fotosunu çəkən xanım bu zaman şalvar geyinməyib və alt paltarında olub. Xidməti geyimin ancaq üstünü geyinən qadın çəkdirdiyi fotoları sosial şəbəkədən paylaşdığı üçün işdən qovulub. Şəhər polisi bu fotoları olduqca açıq-saçıq hesab edib və polisin işgüzar nüfuzuna xələl gətirdiyi üçün onu sıralarından xaric edib. 

Buna bənzər hal daha öncə də dünyanın fərqli ölkələrində baş verib. Xüsusən qadın polislərin yol verdikləri bu hərəkətlər heç zaman cavabsız qalmayıb.
Cia.az