|
“BakuBus”ın 13 saylı marşrutunun hərəkət sxemi məlum oldu

Xəbər verdiyimiz kimi, yeni istifadəyə verilən “Avtovağzal” metro stansiyasının açılışı ilə bağlı mayın 12-dən Bakı Nəqliyyat Agentliyi metro stansiyası ətrafındakı sərnişin sıxlığını nəzərə alaraq sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə “BakuBus” MMC-nin yeni 13 nömrəli marşrut xəttinin istifadəyə verilməsi və 2, 14 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasının uzadılması ilə bağlı qərar verib.

Virtualaz.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə 13 nömrəli marşrut xətti üzrə mayın 12 və 13-də sınaq rejimində 8 ədəd avtobus xidmət göstərəcək. Mayın 15-dən isə marşrut xətləri tam rejimdə fəaliyyət göstərəcək.

13 saylı xətt üzrə  hərəkət edən marşrut “Koroğlu” metrostansiyasından başlayaraq Atletlər kəndi, “ASAN Xidmət”, Dövlət Neft Fondu, Şəfa stadionu, Nəqliyyatin İntellektual İdarəetmə Mərkəzi, Dövlət Neft Şirkəti, 8 sayli uşaq musiqi məktəbi, A.Neymətulla küçəsi, Heydər Əliyev Mərkəzi,  Koroğlu Rəhimov küçəsi, Müəllimlər İnstitutu, Həsən Əliyev küçəsi, Tibb Universiteti, C.Məmmədquluzadə küçəsi, Kimya şəhərciyi,Qafqaz Hotel, Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, “20 Yanvar” metrostansiyası, 1-ci mikrorayon, Moskva prospekti, Biləcəri dairəsindən keçərək Beynəlxalq Avtovağzal istiqamətində hərəkət edəcək. 

14 saylı xətt üzrə hərəkət edən marşrutun dayanacaqları - Beynəlxalq Avtovağzal, Biləcəri dairəsi, Moskva prospekti, C.Cabbarlı Kinostudiyası “20 Yanvar” metrostansiyası, Milli Onkologiya Mərkəzi, Topçubaşov adina Xəstəxana, “İnşaatçılar” metrostansiyası, Yasamal Rayon Telefon Qovşağı, Şərifzadə küçəsi, “Asan Xidmət”, Ə.Haqverdiyev küçəsi, Dənizçilər Xəstəxanasi, Mədəniyyət və İncəsənət Universiteti, İzmir bağı,  Cəfər Cabbarlı küçəsi, Tibb Universitetinin Kafedrası, “Nizami” metrostansiyası, Akademik Dram Teatrı, Qış Parki, Heydər Əliyev Sarayi, Mərkəzi Bank, Səməd Vurğun bağı, Nobel prospekti, “ASAN Xidmət” və “Xətai” metrostansiyası.

2 saylı xətt üzrə hərəkət edən marşrut isə Beynəlxalq Avtovağzaldan keçərək Biləcəri dairəsi, Moskva prospekti, C.Cabbarlı Kinostudiyası, “20 Yanvar” metrostansiyası, Nəqliyyat Nazirliyi, “Çiraq Plaza”, Heydər Əliyev adina İdman Kompleksi, Cəfər Cabbarli küçəsi, Tibb Universitetinin Kafedrası, “Nizami” metrostansiyası, Akademik Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, Səməd Vurğun bağı, Hökümət Evi, Yusif Səfərov küçəsi, Əmlak Komitəsi, Baki Baş Polis İdarəsi, Heydər Əliyev Mərkəzi, 8 nömrəli poliklinika, Nərimanov Rayon Məhkəməsi, “N.Nərimanov” metrostansiyası, Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Elit Ticarət Mərkəzi, Ayna Sultanova parkı, Miqrasiya İdarəsi, Sənaye Cihaz Zavodu, Azərbaycan Koopersiya Universitetindən keçərək Arxiv İdarəsi istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, 2 və 14 nömrəli marşrut xəttinın Cəfər Cabbarlı Kinostudiyası, Moskva prospekti, Biləcəri dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət trayektoriyası uzadılıb.

Cia.az