|
Sudan nümunələr götürülərək vəbaya qarşı yoxlanılır

Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət stabildir. İldən-ilə yoluxucu xəstəliklərin yayılması halları azalır.

Bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev bu gün keçirilən mətbuat konfransında deyib.

R.Abdullayev bildirib ki, bu il əsasən mövsümi qriplə bağlı müraciətlər daxil olub: “Son aylar daha çox qriplə bağlı müraciətlər edilib. Yay mövsümündə isə əsasən vəba xəstəliyi ilə bağlı stansiyaya müraciət edilir. Stansiya mütəxəssisləri maydan oktyabradək 16 stasionar nöqtədə açıq su mənbəyindən nümunələr götürülərək yoxlayırlar”.

Stansiya rəhbəri qeyd edib ki, ölkənin sərhədlərində yoxlama komissiyaları fəaliyyət göstərir və onlar Azərbaycana gələnlərdə hərarət aşkarladığı halda tibbi müayinədən keçirirlər. Ölkəyə gələnlərdə yoluxucu xəstəlik aşkarlandıqda, həmin şəxslər dərhal Ağciyər İnstitutunda yaradılmış xüsusi palatalara hospitallaşdırılırlar.

Cia.az