Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hüseyn Məmmədli Dünya çempionatında birinci yerə layiq görülüb.
Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, Türkiyənin İstanbul şəhərində 2002-2009-cu il təvəllüdlü idmançılar arasında karate üzrə Uşaqların birinci Dünya Çempionatında 2003-cü il təvəllüdlü H.Məmmədli öz çəki dərəcəsində 15 idmançı arasında bütün rəqiblərini məğlub edib.
Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran, Suriya, Misir, Ukrayna, İraq və Əlcəzairdən idmançılar iştirak ediblər.
Cia.az
