Böyük Britaniya, ABŞ, İsveçrə, Kanada, Avstraliya və Yeni Zelandiya İnterpolun vasitəçiliyi ilə beynəlxalq korrupsiyaya qarşı mərkəz yaradacaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat xidməti bildirib.
Mərkəzin qərargahı Londonda yerləşəcək. Qeyd olunur ki, dünyada ilk belə bir mərkəzin yaradılması barədə Londonda keçiriləcək korrupsiyaya qarşı sammitdə rəsmən elan olunacaq.
Cia.az
