İspaniyanın “Real” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo mövsümün sonunda komandadan ayrıla bilər.
ANS PRESS-in məlumatına görə, futbolçu karyerasını PSJ-də davam etdirməyə yaxındı. Bu barədə onun agenti olan həmyerlisi Xorxe Mendeş xəbər verib. Mendeş Fransa klubunun rəhbərliyi ilə danışıqların ilkin mərhələsinin müsbət nəticələndiyini qeyd edib.
Bir müddət əvvəl İngiltərə mətbuatı portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı yeni хəbər yayıb. İngilislər Portuqaliya millisinin kapitanının yayda "Real"ı tərk edəcəyini bildirib.
Cia.az
