|
Qaz öz balası üçün polisdən yardım istədi
Amerikanın Ohayo ştatında qaz öz balasını xilas etmək üçün polisə müraciət edib.
Bu barədə WKRC-TV portalı xəbər yayıb. Polis serjantı Ceyms Givens bildirib ki, qaz onun maşınına yaxınlaşıb, qapını dimdiyi ilə taqqıldadanda təəccüblənib: “Adətən quşlar insanlara bu qədər yaxınlaşmır. Maşının qapısını vurdu, sonra aralandı və mənə baxdı. Mən qazın arxasınca düşüb sonda onun balasının ipə ilişmiş ayağını gördüm”
Hadisə yerində olan polislər qazın balasını xilas ediblər. Polislər eyni zamanda qazın sakit reaksiyasına təəccübləniblər. Onlardan biri deyib ki, hər zaman qazların insanlardan qorxduğunu və balalarına yaxınlaşanda onlara hücum çəkəcəyini düşünürmüş. Bu situasiyada isə proseslər başqa məcrada cərəyan edib.
Cia.az