MSK və 90 saylı Dairə Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsində iyunun 18-də keçiriləcək təkrar deputat seçkisinə hazırlıqlarını davam etdirir. Namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi mayın 19-u saat 18-də başa çatacaq. Seçki dairəsi üzrə qeydə alınmış namizədlərin siyahısının dövri mətbuatda dərc olunması mayın 29-dək həyata keçirilməlidir. Seçkiqabağı təbliğat və təşviqatın aparılması mayın 26-da başlanacaq və 17 iyun saat 8.00-da dayandırılacaq.
MSK katibi Mikayıl Rəhimov “Yeni Müsavat”ın sorğusuna cavabında bildirib ki, mayın 11-dək 10 nəfər namizədliyini irəli sürməklə bağlı müraciət edib və həmin şəxslərdən doqquzunun namizədliyi təsdiq olunaraq imza vərəqələri verilib. Mayın 11-dək bir nəfər imza vərəqələrini DSK-ya geri qaytarıb.
Namizədliyi irəli sürən şəxslərin ikisi siyasi partiyalar tərəfindən (YAP və Ümid Partiyası) irəli sürülüb, 7 nəfər isə müstəqil şəkildə namizədliyi irəli sürülən şəxslərdir.
Əldə etdiyimiz məlumata görə, YAP-ın partiya olaraq irəli sürdüyü namizəddən başqa, namizədlər sırasında daha bir YAP üzvü də var. Hakimiyyətin sonda bu namizədlərdən hansını dəstəkləyəcəyi hələlik bəlli deyil. Müşahidəçilərin fikrincə, YAP tərəfindən icra başçısının birinci müavini, hakim partiyanın Ağdaş rayon şöbəsinin sədri Cavid Osmanovun namizədliyi irəli sürülsə də əslində siyasi hakimiyyətin deputat görmək istədiyi şəxsin başqa bir namizəd ola biləcəyi istisna deyil. Bu fikirdə olan ekspertlər hesab edir ki, əslində hakimiyyətin bu dairədən deputat görmək istədiyi gizli namizəd var. Həmin namizədin kimliyi təbliğat-təşviqat kampaniyasının gedişində bilinəcək.
Mayın 11-dək heç bir namizəd rəsmi qeydiyyata alınmadığı üçün MSK-nın saytında namizədlərin adları yerləşdirilməyib.
Ağdaş rayonundan deputatlığa Ümid Partiyasının namizədi İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinə qarşı deputatlığa YAP-ın namizədi Cavid Osmanovun adamları tərəfindən qanunsuzluq edildiyi, seçkiyə müdaxilə baş verdiyi barədə Ağazadə və səlahiyyətli nümayəndələrinin mediaya açıqlamaları olub.
Mikayıl Rəhimov bildirdi ki, MSK-ya İqbal Ağazadənin səlahiyyətli nümayəndələri tərəfindən rəsmi şikayət daxil olmayıb: “90 saylı Ağdaş seçki dairəsində seçki kampaniyası üçün normal şərait yaradılıb. Ola bilsin ki, Ümid Partiyasının nümayəndəsi hansısa səbəbdən problem yaşayıb. Amma 9 nəfər üçün rayon ərazisində imza toplanırsa və İqbal Ağazadənin özünün namizədliyi üçün qısa müddətdə imzalar toplanıb yekunlaşıbsa, bu o deməkdir ki, imza toplamağa normal şərait var. Əgər xüsusi və düşünülmüş bir baryer yaradılsaydı, yəqin ki, İqbal Ağazadənin nümayəndələri onun üçün imza toplaya bilməzdilər. Toplayıblarsa deməli, normal şərait olub. Hətta hansısa problemlə üzləşiblərsə belə, hələ onlardan MSK-ya şikayət daxil olmayıb. Əgər onlar hər hansı hüquqpozmalarla qarşılaşıblarsa, DSK seçki kampaniyasına tam nəzarət edir və onların problemlərini həll eləmək gücündədir, onlar DSK-ya müraciət edə bilərlər. Əgər DSK-nın hansısa hərəkətindən və ya hərəkətsizliyindən narazılıqları varsa, bununla bağlı MSK-ya müraciət edə bilərlər.
Biz də araşdırma aparmağa borcluyuq. Hər hansı bir namizəd və ya səlahiyyətli nümayəndə seçki kampaniyasının gedişində hüquq pozmalarla qarşılaşırsa, müvafiq orqanlara müraciət etməkdən çəkinməməlidir. Biz çalışırıq ki, şəffaf, ədalətli seçki keçirilməsini təmin edək”.
Xatırladaq ki, ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində 90 saylı dairədən həmin dairənin deputatı, “AGBank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev yenidən mandat qazanmışdı. YAP-ın siyahısında olmasına baxmayaraq noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş seçki dairəsində seçkinin nəticələri ləğv edildi və Əsədullayev mandatsız qaldı.
Cia.az
MSK
və 90 saylı Dairə Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsində iyunun 18-də keçiriləcək təkrar deputat seçkisinə hazırlıqlarını davam etdirir. Namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi mayın 19-u saat 18-də başa çatacaq. Seçki dairəsi üzrə qeydə alınmış namizədlərin siyahısının dövri mətbuatda dərc olunması mayın 29-dək həyata keçirilməlidir. Seçkiqabağı təbliğat və təşviqatın aparılması mayın 26-da başlanacaq və 17 iyun saat 8.00-da dayandırılacaq.