Türkiyənin İstanbul şəhərində ailə məhkəməsi qəribə şikayətlə üz-üzə qalıb.
Özləm Ş. adlı qadın baldızlarından məhkəməyə şikayət edib. Buna səbəb isə iki baldızının davamlı olaraq ona “yad qızı mallarımıza ortaq olacaq” deyərək mənəvi terrorla üz-üzə qoymasıdır. Gəlin bildirib ki, qayınatası olduqca varlı bir kişidir və bu, onun baldızlarını narahat etdiyi üçün evləndiyi gündən bəri bu sözü ona deyirlər.
Qadının daha bir şikayəti isə baldızlarının təhqirləri səsləndirəndə ərinin səssiz qalmasıdır. Özləm Ş. həm baldızlarının, həm də ərinin cəzalandırılmasını istəyib.
Qadın şikayətində bildirib ki, onlar görücü üsulu ilə evləniblər və bu zaman da qayınatasının varlı olduğunu bilməyib: “Mənim nə günahım var ki, qayınatam varlıdır? Mən bu ailəni seçməmişəm, onlar məni gəlinləri olaraq seçiblər”.
Cia.az
