|
Kəndin adı Kötək, amma nə yerdə var, nə göydə...
Türkiyənin Kars şəhərinin Kağızman bölgəsində yerləşən 140 evi olan Kötək kəndinin qəribə taleyi var. 
Belə ki, kənd sakinlərinin əllərində cümhuriyyət dönəminə aid sənədləri olmadığı üçün ərazilərini sata və dövlət dəstəyindən yararlana bilmirlər. Kötək kəndinin muxtarı Zəki Büyüktanır deyib ki, kənddə yaşayanların əllərində Osmanlı dönəmindən sənədləri qalıb ki, sonuncular da alqı-satqı və dövlət idarələrindəki sənədləşmədə heç bir əhəmiyyət daşımır: 

“Osmanlı dönəmindən qalan sənədlər etibarsız sayılarsa, kənd başdan-ayağa xəzinəyə köçürüləcək. Kəndin öndə gedənləri, babalarımız sənəd xəyalı ilə bu dünyadan köçüb gediblər. Biz də bu xəyalla ölmək istəmirik”.
Cia.az