Avstraliyada qayğanaq bişirilməsi ilə bağlı videonu 3 gün ərzində 1.1 milyon nəfər izləyib.
Lenta.ru saytının xəbərinə görə, bu, adi qayğanaq bişirmə videosu olmayıb. Belə ki, burada ölkənin iqlim qurşağına diqqət çəkilib. Videonun ana xətti isə belə olub ki, Avstraliyada qayğanaq bişirmək üçün plitə və ya elektrik sobasına ehtiyac yoxdur. Video müəllifinin yazdığına görə, yumurta və günəş insanların bu arzusunu yerinə yetirə bilir. Bundan başqa, əlavə edib ki, Avstraliya ərazisində təkcə yayda yox, il uzunu bu üsulla qayğanaq bişirmək mümkündür.
Videorolikdə isə öncə ölkənin isti iqlimi, çöllərdə sürünən ilanlar, qızmar günəş nümayiş etdirilir. Ardınca isə daşın üstünə yumurta çırpılır və az keçmədən o, hazır olur. Sonda etiraz əlaməti olaraq qaz plitəsinə atılan stullar, yumurtalar göstərilir. Motiv isə belə olur ki, təbiət bizə hər mənada dostdur, əlavə heç nəyə ehtiyac yoxdur.
Cia.az
