|
Avropa Liqasında finalında keçiriləcək "Liverpul" - "Sevilya" oyununa hakim təyinatları açıqlanıb. Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı isveçli Yonas Eriksson idarə edəcək. Ona Mathias Klasenius və Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasının Sevein Moen yerinı yetirəcək. Qeyd edək ki, "Liverpul" - "Sevilya" görüşü mayın 18-i keçiriləcək. Cia.az
|
