Ötən il müğənni Murat Dalkılıcla nikah masasına oturan aktrisa Merve Boluğur mübadilə mərkəzindən çıxarkən görüntülənib.
Aktrisanı geyindiyi paltara görə tanımaq çətin olub. Təpədən dırnağa qaralara bürünən Merve bu geyimi ilə diqqət çəkib. Boluğur sualları cavabsız qoyaraq oradan uzaqlaşıb.
Qeyd edək ki, bir müddət əvvəl Merve Boluğur və Murat Dalkılıc cütlüyü nişan üzüklərini taxmadıqlarına görə gündəmdə müzakirə olunurdu. Aktrisa "Üzük mənim üçün sadəcə aksessuardır" deyərkən, müğənni "Bizim üçün mənəvi dəyəri daha yüksək olan şeylərə əhəmiyyət veririk. Üzük taxdın və ya taxmadın çox əhəmiyyətli deyil" deyə bildirmişdi.

Cia.az
