Hindistan sakini Dallcinder Kaur 72 yaşında ilk övladını dünyaya gətirib. Musavat.com xəbər verir ki, məlumatı “Hindustan Times” yayıb.
Məlumata görə, Kaur ailə qurandan 46 il, menopuza girdikdən isə 20 il sonra ana olub. Qadının ərinin 79 yaşı var.

Kaurun arzusunu ekstrakorporal mayalanma yolu ilə həyata keçirmək mümkün olub.
Qadın Hisar şəhərindəki klinikalardan birində ana olub.
Cia.az
