|
30 yaşlı pişik Ginnesin rekordlar kitabına düşdü
ABŞ-ın Texas ştatının Mensfild şəhərindəki Skuter ləqəbli siam pişiyi dünyanın ən yaşlı pişiyi kimi Ginnesin rekordlar kitabına düşüb. Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” yayıb. 
Bu il martın 26-da pişiyin 30 yaşı tamam olub. 
Pişiyin sahibəsi Geyl Floyd bildirib ki, Skuterin belə çox yaşamasının səbəbi fəal həyat keçirməsindədir. O, deyib ki, pişik çox səyahət edir və indiyədək ABŞ-ın 45 ştatında olub. 
 
 
Skuter yuyunduqdan sonra fenlə qurudulmasını və toyuq yeməyi sevir. 
 
Bundan əvvəl ən yaşlı pişik kimi Ginnesin rekordlar kitabına düşən pişik 38 il yaşayıb. 
Cia.az