Pirallahıda evdən çoxlu sayda silah-sursat aşkarlanıb.
Milli.az-a bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Məlumata görə, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunan Faiq Sadıqovun evinə baxış zamanı fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, 1 ədəd "RQD" və 1 ədəd "F-1" qumbaraları, habelə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
