|
“Azəriqaz” mənzilləri yoxlayır

“Azəriqaz” İstehsalat Birliyi texniki təhlükəsizlik qaydalarına nəzarət məqsədilə mənzillərə baxış keçirir.

Bu barədə virtualaz.org saytına”Azəriqaz”dan məlumat veribllər.

Xəbərdə deyilir ki, artıq 78534 mənzilə baxış keçirilib. Əsasən qaz kəmərlərinə qeyri-qanuni birləşmələr, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət edilir. Bundan əlavə, abonentlərə təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilir.

Qurum təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da mənzillərdə yoxlamalar aparılacağı ilə bağlı xəbərdarlıq edib.

Cia.az