|
Elmar Məmmədyarov Almaniyaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniya Federativ Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Cia.az