Bakıda beynəlxalq şirkətin adından istifadə edərək kredit götürən şəxslə bağlı cinayət işi açılıb.
Hadisə Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Qurbanov 2014-cü ilin avqust ayında “NBC Bank”ın Xətai filialına kredit üçün müraciət edib. O, “Caspian Support Solutions Services” LTD şirkətinə aid saxta arayış təqdim edərək 2 min manat kredit götürüb və bu günə kimi heç bir ödəniş etməyib. Saxta arayışda V.Qurbanovun həmin şirkətdə işlədiyi qeyd olunub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb.
Cia.az
