Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimal edilir.
"Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, 9 MDB ölkəsindən 5-də Agentliyin neqativ iqtisadi proqnozu qalmaqda davam edəcək və bu, onların gələcəkdə suveren reytinqinin azaldılmasına səbəb ola bilər.
Agentliyin eksperti Kristin Lindou hesab edir ki, MDB ölkələrinin iqtisadiyyatları, maliyyə sektorları və büdcələri neft qiymətlərindən asılılığı davam etdirəcək: "Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək". Bu ölkələr arasında Rusiya, Qazaxıstan və Azərbaycan da yer alıb.
Cia.az
