Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, oğlunun atası Tolqa Karel Dominikdə evlənib.
Ötən il Amerikada nişanlanan T.Karel və Sara Skottinin toyu möhtəşəm keçib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə Survivor yarışmasında iştirak edən aktyor yarışmanın keçirildiyi Dominikdə özəl bir yeri olduğunu demişdi. “Toyumu Dominikdə keçirəcəm” deyə mediada tez-tez elan verən T.Karelin nikah mərasimi isə Mayamidə baş tutub. Aktyoru bu xoşbəxt günündə ailə yaxınları və dostları tək qoymayıb. T.Karelin toyundakı sentimental çıxışı isə gəlinin ağlamasına səbəb olub.
Qeyd edək ki, Tolqa Karel daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə cütlük rəsmən ayrıldığını elan edib. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir. Cütlüyün Cihangir Can adlı bir oğlu var.
Cia.az
