|
Rüfət Aslanlı kreditlərdən danışdı: ''Müddəti və faizi aşağı salınıb''
"Son bir il ərzində kreditlərin həm müddəti, həm də faiz dərəcələri aşağı salınıb".
Bu fikri jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. O bildirib ki, devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gediblər, müddətləri azaldıblar: 
"Banklarda əlavə resurslar formalaşdıqca, əlavə güzəştlər də tətbiq oluna bilər. Bu, banklarla müştərilər arasında olan münasibətlərdir. “Bank Standart”da yaranan problemlərə gəlincə  deyə bilərik ki, dövlət həmin bankın idarəçiliyini öz üzərinə götürüb. Dövlət bankın arxasında dayanır ki, fiziki və hüquqi şəxslərin banklarda olan əmanətləri itirilməsin. Hazırda müvvəqqəti inzibatçılıq bankın sağlamlaşdırılması ilə məşğuldur. Bankın bağlanması və ya ləğv olunması ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur. Belə bir hal gözlənilmir”.
Cia.az