|
Elman Rüstəmov: '' Bizim ilin sonuna çox aydın hədəflərimiz var ''
"Bizim bu gün çox yaxşı koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəmiz var".
Bufikri jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bankın əsas əməliyyat hədəfi pul kütləsinin proqnozlaşdırılmasıdır: 
"Hansı ki, bizə imkan verir ki, həm infilyasiyaya  həm də manatın məzənnəsinə pul kütləsi vasitəsi ilə təsir göstərək. Bizim ilin sonuna həm infilyasiya, həm maliyyə sabitliyi həm də ümumilikdə makro iqtisadi sahə üzrə çox aydın hədəflərimiz var".
Cia.az