|
“Yaxşı, maraqlı oyun oldu. Meydanda üstün olan tərəf biz idik, fəallığımız bəhrəsini verdi və qələbə qazandıq. Bunun üçün sevincliyik”. Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Orxan Əliyev klubun rəsmi saytına açıqlamasında deyib. Gənc futbolçu Topaz Premyer Liqanın 33-cü turu çərçivəsində “Xəzər Lənkəran” üzərindəki qələbə haqda daha sonra bunları bildirib: "Matça ciddi hazırlaşmışdıq, bu da son nəticədə sözünü dedi. Üç xalı üç qolla qazandıq. Qarşıda bizi bir-birindən daha çətin oyunlar gözləyir. Uğurlu çıxışımızı davam etdirməliyik”. Cia.az
|
