|
"Frayburq"un ardından Almaniya Bundesliqasına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. "Leyptsiq" klubu növbəti mövsümdən Bundesliqada oynamaq hüququ qazanıb. Komanda buna millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" üzərində qazanılan qələbə sayəsində nail olub. Evdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Leyptsiq" sona bir tur qalmış Bundesliqaya vəsiqəni təmin edib. Qeyd edək ki, II Bundesliqanı 3-cü pillədə başa vuracaq "Nürnberq" isə Bundesliqaya vəsiqə qazanmaq üçün pley-off oyunlarında rəqibini məğlub etməlidir. Cia.az
|
