|
Türkiyə superliqası: "Fənərbaxça"ya ağır zərbə

Türkiyə superliqasında 32-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.

"Konyaspor" evdə "Kasımpaşa"ya 2:0 hesabı ilə qalib gəlib. Səfərdə "Başakşəhər"ə 1:2 hesabı ilə uduzan "Fənərbaxça" çempionluq yolunda ağır zərbə alıb.

Qeyd edək ki, "Fənərbaxça" ilə xal fərqini 6-ya yüksəldən lider "Beşiktaş" növbəti turda 1 xal qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.

9 may

Türkiyə superliqası, 32-ci tur

"Başakşəhər" - "Fənərbaxça" - 2:1
Qollar:
 Viska, 60 (1:0), 65 (2:0), Topal, 80 (2:1)

"Konyaspor" - "Kasımpaşa" - 2:0
Qollar:
 Omeruo, 40-avtoqol (1:0), Traore, 58 (2:0)

Cia.az