|
Dəbdən düşən geyimlərinizi atmayın – Modelyer məsləhəti

Yəqin ki, siz də həvəslə, sevə-sevə aldığınız geyimi evə gətirdikdən sonra bəyənməmisiniz. Ya da uzun müddətdir eyni paltarı geyinirsiniz, ona o qədər bağlanmısınız ki, kənara qoymaq istəmirsiniz. Qarderobunuzun küncündə dəbdən düşən geyimlər də az deyil. Bir sözlə, geyim xanımların üzərində çox düşündüyü, götür-qoy etdiyi mövzulardan biridir. Elə isə geyinmədiyiniz paltarları qarşınıza toplayın və yaradıcı təxəyyülnüzü işə salın. Pul xərcləmədən köhnə geyimləri yeniləmək mümkündür. Beləliklə, nə xərciniz çıxacaq, nə də sevimli paltarınızdan ayrılacaqsınız.

Tanınmış modelyer Şəlalə Maqsudova işlənmiş, köhnə, dəbdən düşümüş geyimləri yenilməyin bir neçə yolu ilə sizi tanış edir. Aile.lent.az modelyerin hazırladığı bir neçə nümunənini təqdim edir.

 

- Uşaqların rəqs geyimi ətəkdən və kişi şalvarından hazırlanıb. 

- Model xanımın geyindiyi üstündə tül olan qara don da ətəkdən, boynundakı aksessuar isə kişi qalstukundan hazırlanıb.

- Bir tərəfi uzun, digər tərəfi qısa yubka kişi şalvarından hazırlanıb. Dəstin koftası isə dondan kəsilib.

- Model xanımın geyindiyi qırmızı qısa don isə yubkadan hazırlnıb. Trikotaj toxunma yubkanın rezinli manjet hissəsi dekolte boyuna çevrilməklə dəbli görünüş qazanıb.

- Qolları yarıqlı kofta, xətli yubka və çanta isə kalqotkadan tikilib. Yubka retuzdandır. Beləliklə, üç işlənmiş kalqotkadan dəst geyim ortaya çıxıb.

- Gördüyünüz uşaqların geyindiyi paltarlar da dəbdən düşmüş paltarlardan ərsəyə gəlib. Oğlanın geyindiyi kostyum jaketdəndir, qızın dəst kostyumu isə papaqlı jiletdəndir.

- Model xanımın əynində olan cins jilet adi cins şalvardan hazırlanıb.

- Modelyer xanım mil olmadan, sadəcə əlləri ilə 12 dəqiqəyə jaket toxuyub.

- Mütəkkə və yastıqca isə parça qırıqlarından ərsəyə gəlib.

Cia.az