|
Bakının müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.

Bu barədə Cia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər: - Dənizkənarı Milli Park; - Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı; - Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park; - Zərifə Əliyeva adına park; - Zabitlər parkı; - Fəvvarələr meydanı.

Eyni zamanda, bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.

Cia.az