|
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir
London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətində artım müşahidə olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersləri 0,77%, yaxud 0,34 dollar artaraq bir barel üçün 44,66 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin iyul qiymətləri 0,69% və ya 0,31 dollar artaraq bir barelə görə 45,32 dollara bərabər olub.
Cia.az