|
Diplomatlar ermənilərin atəşə tutduğu Qapanlı kəndində

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Tərtər istiqamətinə səfəri başlayıb.

APA-nın xəbərinə görə, nümayəndə heyətində Rusiya, Pakistan, İtaliya, Norveç, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfinin müavini də təmsil olunur.

Diplomatlar öncə Tərtərin Qapanlı kəndində olublar. Burada onları Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. İH başçısı nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.

Daha sonra ermənilərin atdığı mərmilərdən birinin dağıtdığı, kənd sakini İlqar Məmmədovun evinə baxış keçirilib.