|
100 yaşlı qadın manekenlik etdi
Böyük Britaniyanın Birminqem şəhər sakini olan 100 yaşlı qadın “Vogue” adlı moda jurnalı üçün fotosessiya etdirib. 

“Harvey Nishols” şəbəkəsinin reklam çəkilişləri jurnalın tvitter səhifəsi vasitəsilə yayımlanıb. Bo Hilbert adlı qadın mağazalar şəbəkəsinin reklam siması olacaq. Fotosessiya üçün britaniyalı qadın Valentino firmasının eynəklərini, Dries Van Noten firmasından gödəkçə, Celine firmasından isə ayaqqabı geyinib. Bu, yaşlı qadının model kimi ilk çəkilişi sayılır.

 
Cia.az