Alabama sakini Treysi Dava baytarlıq klinikasından zəng edərək 10 il öncə itkin düşən itini tapdıqlarını deyiblər.
Lenta.ru saytının xəbərinə görə, bütün bu illər ərzində qadın əmin Çarli ləqəbli itinin öldüyü qənaətində olub. Klinikanın sahibləri şəhərdəki elanlardan və itin ümumi əlamətlərindən sahibinin kimliyini müəyyənləşdiriblər. Heç kim bilmir ki, bu 10 il ərzində yaşadığı evdən 400 kilometr aralıda tapılan it necə və kimin yanında həyat keçirib.
O, 2006-cı ildə, cəmi 1 yaşı olanda itkin düşüb. Bu 10 il ərzində itin səhhətində ciddi problemlər yaranıb. Müalicə olunandan sonra onu sahibinə verəcəklər.
Cia.az
