|
Qum saatı şəklində yumurta
Türkiyənin Hardalık kəndində yaşayan Osman Akkoca adlı fermerin evində saxladığı toyuqlardan biri qəribə formalı bir yumurta yumurtlayıb. 
Türkiyənin “Milliyyet” qəzetinin xəbərinə görə, normal yumurtadan daha kiçik olan və qum saatını xatırladan yumurta ev əhlini təəccübləndirib. O.Akkoca yumurtanı götürərək öncə dostlarına, daha sonra isə Kadirli bölgəsindəki hər kəsə göstərib. Yumurtanı cibində daşıyan O.Akkoca onun qırılmaması üçün əlindən gələni edib: “Mən kənddə yaşayıram. Orda da toyuqlarımız var. Toyuqların yumurtalarını hər sabah toplayıram. 

Bu gün də belə bir yumurta ilə rastlaşdım. Mənə çox dəyişik göründü. Həyatımda belə bir yumurta görməmişəm. Xarici görünüşünə görə normal yumurtadan heş nə ilə fərqlənmir. Yumurtani qırıb yeməyi düşünmürəm. Onu saxlaya bildiyim qədər saxlayacam”.
Cia.az