|
Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağın “müstəqilliyini” tanımır
ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinqdə deyib.  
“Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, - deyə Mark Toner vurğulayıb.
Dövlət Departamentinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ab-havada danışıqlar masası arxasına oturmağa çağırır.  
Cia.az