İrəvanın Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması yönündə atdığı addım rəsmi Bakının kəskin reaksiyasına səbəb olacaq və təmas xəttində vəziyyəti gərginləşdirəcək.
Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB komitəsinin sədri Leonid Slutski RBC agentliyinə Ermənistan hökumətinin qondarma “DQR”in tanınmasına dair iki deputatın hazırladığı layihəni baxılmaq üçün parlamentə göndərməsini şərh edərkən deyib.
“Bu qanun layihəsinin qəbul edilməsi yerində olmayan addımdır, çünki Bakı üçün qızışdırıcı amil olacaq”-Slutski bildirib. Rusiya deputatının fikrincə tərəflər danışıqlar prosesini çətinləşdirən belə addımlar atmaqansa ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməlidir.
Cia.az
