|
Bakıdakı Avropa çempionatı başlayır

Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə start veriləcək.

Qol.az-ın məlumatına görə, bu gün A və B qruplarında ilk turun oyunları keçiriləcək.

Turnirin açılış matçı B qrupunda Avstriya və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək saat 14:00-da başlayacaq. Qrupun digər görüşündə Ukrayna və Almaniya üz-üzə gələcək.

A qrupunda qərarlaşan Azərbaycan millisi isə turnirdə ilk matçında çıxacaq. Təbriz Həsənovun komandası Portuqaliya yığması ilə qarşılaşacaq. Digər oyunda isə Belçika Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

5 may

A qrupu 
19:00. Belçika – Şotlandiya
8-ci KM stadionu

20:00. Azərbaycan – Portuqaliya
Bakı Olimpiya Stadionu

B qrupu 
14:00. Avstriya – Bosniya və Herseqovina
8-ci KM stadionu
17:00. Ukrayna – Almaniya
Bakı Olimpiya Stadionu

 Cia.az