|
Milanda Madrid derbisi

Bu gün Çempionlar Liqasında digər finalçının adı bəlli olub.
Qol.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda  “Real” (Madrid) “Mançester Siti”ni qəbul edib.
Mançesterdə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi. Madriddə görüşün taleyini bir qol həll edib. Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib.
Qeyd edək ki, "Real" finalda Madridin digər komandası “Atletiko” ilə qarşılaşacaq. Mayın 28-də Milanda keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
4 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu 

22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Qol:
 Fernando, 20-avtoqol (1:0)
İlk oyun - 0:0 

3 may 
"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1 
Qollar:
 Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1)
İlk oyun - 0:1

Cia.az